Search

Thursday, February 12, 2015

Fashion Couture


Good evening, everyone! Hope your week is going great so far!

We are so excited to partner with "Fashion Couture by Ulker Huseynova" for their new collection.
It is a new boutique by very talented designer Ulker Huseynova. First of all, the collection consists of super trendy pieces that I've been looking for a long time for my spring wardrobe. My newest obsession is wide leg pants which is obvious by my choice. Gunay was faithful to her style and chose to wear a midi leather skirt with masculine boots. Despite the fact that it is a very new boutique, still the collection is appropriate for any taste so anyone can find beautiful pieces for her spring wardrobe.  Actually, nothing much to say,  just come and see :) 

Axşamınız xeyir! Bu dəfəki yazımız "Fashion Couture by Ulker Huseynova" ilə əməkdaşlığımız haqdadır. Çox yeni butik olmağına baxmayaraq kolleksiya kifayət qədər genişdir və ən son dəblə hazırlanmış geyimlərdən ibarətdir. Uzun müddət idi ki, yaz qarderobum üçün geniş ətəkli klassik şalvar axtarırdım. Bir neçə brenddə qarşıma çıxsa da tam ürəyimcə deyildi, daha doğrusu, detallarda ilişib qalırdım. Məsələn, birinin beli yüksək olmurdu, birində zəncirbənd hissəsi öndə olurdu və s. Bu şalvarı görəndə hər şeyin yerli yerində olması ilə qəti qərar verdim ki, mütləq bu kostyumu geyinməliyəm. Günayın seçimi isə öz tərzinə sadiq qalaraq, midi dəri yubkadan yana oldu. Əlbəttə bu cür yubkaları geyinməyin ən dəbli üsulu feminin geyimi maskulin tərzdə geyinmək idi ki, Günayın ayaqqabı seçimindən aşkar görünür. Əksər xanımlar bu cür kombindən qaçınırlar, kobud olduğunu düşünürlər. Amma dəb artıq dəyişib və midi yubkalar ilə stiletto dövrü artıq mənə uzaq keçmiş kimi görünür :) Kolleksiyanın digər geyimləri ilə butikə yaxınlaşaraq tanış ola bilərsiniz. Əmin olun ki, hamının zövqünə xitab edən bir kolleksiyadır və axtardığınızı tapacaqsınız.



Both outfits & accessories - Fashion Couture by Ulker Huseynova

Photos by Anar Mammadov




No comments:

Post a Comment